Fransada epidemiya başlayandan bəri yeni koronavirusun (COVID-19) yaratdığı xəstəlikdən 12 mindən çox insan ölüb.
SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, martın 1-dən etibarən ölkədə koronavirusdan ölənlərin sayı 12 210 nəfər təşkil edib, ölənlərin 42% -i 70 yaşdan yuxarı insanlardır:
Qeyd edilib ki, hazırda 7,066 nəfər reanimasiyadadır, bu da martın 8-də axşam saatlarında olan göstəricələrə nisbətən 82 nəfər azdır. Ümumilikdə sutka ərzində 369 nəfər reanimasiyaya yerləşdirilib.