Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında yarış keçirilib FOTOLAR- VİDEO

9 Aprel 2020 17:53 (UTC+04:00)

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış keçirilib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, yarışda artilleriya divizionlarının şəxsi heyəti bütün mərhələlər üzrə tapşırıqları uğurla yerinə yetirərək birinci olmaq üçün bilik və bacarıqlarını nümayiş etdirib.

Təlim-döyüş tapşırığını icra edən artilleriya divizionlarının tədris-maddi bazası, şəxsi heyətin təchizatı, fərdi və qrup halında normativlərin icra səviyyəsi yoxlanılıb.

Yarışın şərtlərinə uyğun olaraq təlim-atəş tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirən “N” nömrəli hərbi birləşmənin haubitsalı artilleriya divizionu ən yaxşı divizion adına layiq görülüb.