Koronavirusa yoluxan baş nazirin vəziyyəti yaxşılaşır

9 Aprel 2020 18:31 (UTC+04:00)

Koronavirusa yoluxan İngiltərənin Baş naziri Boris Johnsonun vəziyyəti yaxşılaşmaqda davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə cümə axşamı günü baş nazirin rısmi nümayəndəsi məlumat verib.

Məlumatda Consonun oksigen müalicəsi keçdiyi, müstəqil nəfəs aldığı da bildirilir.

"Baş nazir rahat bir gecə keçirib. Onun vəziyyəti yaxşılaşmaqda davam edir. Hazırda yaxşı əhval-ruhiyyədədir", deyə baş nazirin rəsmi nümayəndəsi söyləyib.

Xatırladaq ki, Conson, yeni koronavirusa 27 mart tarixində yoluxub. O, izolyasiya rejimində işləməyə davam edib. Aprelin 3-də videomüraciətdə baş nazir hələ də yüksək temperaturunun olduğunu bildirib.

Çərşənbə axşamı yerli Kütləvi İnformasiya Vasitələri, Consonun süni nəfəs qurğusuna ehtiyac olmadığını və çərşənbə günü özünü "rahat hiss etdiyini" bildirir.