“Aşıq Şəmşir” Mədəniyyət Ocağından növbəti aksiya FOTOLAR

9 Aprel 2020 17:25 (UTC+04:00)

Ölkəmizin ictimai-mədəni həyatında xüsusi rolu ilə seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərə, təbliğat-maarifləndirmə işlərinə dəstək məqsədilə növbəti aksiya keçirilib. SİA-nın məlumatına görə, aksiya zamanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəalları qurumun sədri Qənbər Qurbanovun tapşırığı ilə sosial qayğıya ehtiyacı olan 50-dən artıq aztəminatlı, şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının ailələri ilə görüş keçirib. İctimai Birlik özünün nizamnaməsinə uyğun olaraq yarandığı gündən həyata keçirdiyi xeyirxahlıq missiyasını bu həssas və taleyüklü günlərdə də davam etdirərək sosial müdafiəyə və qayğıya ehtiyacı olan 500-dən artıq ailəyə ərzaq yardımı göstərib, eyni zamanda, onlara tibbi maska paylayıb.

Ölkə başçısının “Biz birlikdə güclüyük” şüarını əsas götürən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bundan sonra da koronavirusla mübarizə tədbirləri çərçivəsində öz fəaliyyətini davam etdirəcək.