İranda koronavirusa yoluxanların sayı getdikcə artır 66 min

9 Aprel 2020 16:07 (UTC+04:00)

Son 24 saat ərzində İranda 1634 nəfər koronavirusa yoluxan aşkar edilərək karantinə alınıb. SİA xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur deyib.

O qeyd edib ki, İranda ümumilikdə virusa yoluxanların sayı 66 min 220, ölənlərin sayı isə 4 min 110 nəfərə çatıb. Bununla yanaşı 32 min 309 nəfər də xüsusi xəstəxanalarda sağalaraq evə buraxılıb.

Bu gün İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi xalqa müraciət edib. O qeyd edib ki, İran koronavirusla mübarizədə mütləq qalib gələcək və ölkə inikas yolu ilə davam edəcək.