İmişlidə ikimərtəbəli ev yanıb

9 Aprel 2020 15:15 (UTC+04:00)

İmişli rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Aranlı kəndində ümumi sahəsi 200 m² olan, tavanı qamışdan ibarət ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar 100 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən aidiyyəti üzrə aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.