"Bakıya qəhrəman şəhər adının verilməsi məsələsi gündəmə gətirilməlidir" Aydın Hüseynov

9 Aprel 2020 14:25 (UTC+04:00)

“Bakı şəhərinə qəhrəman şəhər adının, Yusif Məmmədəliyevə Nobel mükafatı verilməsi məsələsi gündəmə gətirilməlidir”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili Aydın Hüseynov deyib.

O bildirib ki, yubiley medalı eyni zamanda dünyasını dəyişən şəxslərə də verilsin: “Yusif Məmmədəliyevin rəhbərliyi altında yüksək oktanlı yanacaq ixtira olunub və qırıcı təyyarələrdə bu yanacaqlardan istifadə olunub. Azərbaycanlılar nefti ilə, qanı ilə, canı ilə faşizmə qarşı müharibədə həlledici rol oynayıb”.