"Utanmaslar deyərlər ki, koronavirusu Azərbaycan hökuməti yaradıb" Komitə sədri

9 Aprel 2020 13:46 (UTC+04:00)

“Bu gün xaricdə oturub Azərbaycan əleyhinə işlər aparan adamlar var”. SİA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat deyib ki, onlar utanmaslar deyərlər ki, dünyada koronavirusu Azərbaycan hökuməti yaradıb: “Özləri xaricdə oturub evdən çıxa bilmirlər. Azərbaycanda vəziyyət nə qədər ağır olsa onlar üçün yaxşıdır. Bunu istəyən iki qrup var: Ermənistan və Azərbaycanı istəməyən qüvvələr”.