Məhdudiyyətlər deputatla bərabər onun avtomobilinə də şamil edilməyəcək

9 Aprel 2020 13:19 (UTC+04:00)

Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" dəyişiklik layihəsi II oxunuşda yeni redaksiyada müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, sənədin yeni redaksiyasına əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.

Xatırladaq ki, I oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yalnız deputata şamil edilməyəcəkdi.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq II və III oxunuşda qəbul edilib.