Avtomobil oğrusu tutuldu

9 Aprel 2020 13:06 (UTC+04:00)

Avtomobil qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.Əlimərdanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Rəfiyevə məxsus “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.Əlimərdanov saxlanılıb.