"Çağırışlara əməl edək ki, koronavirus pandemiyası daha geniş yayılmasın” Qənirə Paşayeva

9 Aprel 2020 12:46 (UTC+04:00)

“Dövlətimizin çağırışlarına əməl etməliyik ki, koronavirus pandemiyası daha geniş yayılmasın”. SİA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı çıxış edən Mədəniyyət komitəsini sədri Qənirə Paşayeva deyib.

Q. Paşayeva bildirib ki, ölkə başçısının rəhbərliyi altında sosial və iqtisadi sahədə böyük islahatlar gedib: “Biz özəl və dövlət sektorunda bütün işçilərin əmək müqaviləsi ilə çalışmasının nə qədər vacib olduğunu bu gün bir daha gördük. Eyni zamanda kənd təsərrüfatının inkişafı bizim üçün ən vacib məsələlərdən biridir. Burada ən vacib sahələrdən biri suvarmadır. Təkliflərimizi yazılı olaraq da Baş Nazirə göndərəcəyik”.