"Ötən ilin uğurlu olmasının səbəbi ölkədə həyata keçirilən ciddi islahatlardır” Siyavuş Novruzov

9 Aprel 2020 12:26 (UTC+04:00)

“2019-cu ilin Azərbaycanda uğurlu il olmasının səbəbi ölkədə həyata keçirilən ciddi islahatlardır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

O bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən struktur və kadr islahatları ölkə iqtisadiyyatın inkişafına böyük təkan verdi: “Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsul (ÜDM) artıb. Azərbaycanın investisiyacəlbedici ölkə olması və bu sahədə şəffaflığın təmin edilməsi də beynəlxalq təşkilatların hesabatlarında əksini tapıb”.

Ötən il ərzində Azərbaycanın beynəlxalq sahədə də uğurlarının olduğunu deyən komitə sədri söyləyib ki, Prezidenti İlham Əliyevin Valday, Aşqabad, Davos, Mühnendə çıxışları, orada Ermənistanı ifşa etməsi, Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olmasını bir daha əsaslı faktlarla sübut etməsi, o cümlədən Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ölkəmizin böyük uğurlarıdır.