"Şimal rayonlarının əhalisi üçün qaz limiti artırılsın" TƏKLİF

9 Aprel 2020 12:05 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında şimal rayonlarında əhali üçün qaz limitinin artırılması təklif olunub. SİA-nın xəbərinə görə, bu təkliflə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı çıxış edən Aqrar siyasət komitəsinin sədr müavini Azər Badamov çıxış edib.

O bildirib ki, şimal rayonların soyuq günlərin sayı daha çoxdur: “Bunu nəzərə alaraq bu rayonlarda yaşayan əhali üçün qaz limiti artırılsın”.