“Epidemiyanın iqtisadiyyata vurduğu zərərlərin qarşısını almaq üçün lazımi addımlar atılır”. SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında hökumətin ötən il üzrə hesabatının müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O bildirib ki. Azərbaycan öz hesabına regionda ən geniş dəstək proqramı elan edən ölkədir: “Məsafədən idarəetrmə, elektron ticarətin genişlənməsi bu günün əsas tələblərindən biridir”.
Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq atılan addımlar ölkədə koronaviorus epidemiyasının kəskin artmasının qarşısını almaqdadır”.