Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

9 Aprel 2020 11:35 (UTC+04:00)

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb. SİA-nın məlumatına görə, aprelin 9-da qızılın qiyməti aprelin 8-i ilə müqayisədə 1,445 manat azalaraq 1 unsiya üçün 2802,807 manat təşkil edib.

Gümüş 0,0745 manat bahalaşaraq 1 unsiya üçün 25,6088 manata bərabər olub.

Platinin qiyməti 10,5995 manat azalaraq 1248,0465 manat, palladiumun qiyməti 4,352 manat artaraq 3725,261 manat təşkil edib.

Ad 09.04.2020 08.04.2020
Qızıl XAU 2802,807 2 804,252
Gümüş XAG 25,6088 25,5343

Platin XPT 1248,0465 1 258,646
Palladium XPD 3725,261 3 720,909

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.