COVİD-19 dünya iqtisadiyyatına 5 trilyonluq zərbə vuracaq TƏHLÜKƏ

9 Aprel 2020 11:31 (UTC+04:00)

COVID-19-un yayılması iki il müddətində dünya iqtisadiyyatına 5 trilyon dollardan çox zərbə vuracaq. SİA xəbər verir ki, bu barədə Bloomberg agentliyi Uol-Strit bankının hesablamasına istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, dünya ötən əsrin 1930-cu ilindən bu yana ən dərin ressesiyaya uğramaqdadır. Belə ki, bu virusun yayılması səbəbindən ölkələrin böyük həcmdə müəssisələrini bağlaması ilə əlaqəlidir.