Karantin rejimi daha 1 həftə uzadıldı - İsveçrə

9 Aprel 2020 11:25 (UTC+04:00)

İsveçrədə Covid-19 ilə əlaqədar evdən çıxmağın qismən qadağan edilməsi və görülən əlavə tədbirlərin təyin olunan vaxtdan bir həftə daha uzadılmasına və 26 aprelə qədər davam etdirilməsinə qərar verilib. SİA bunu xarici mətbuata istinadən xəbər verir.

Hökumətin verdiyi açıqlamada bildirilib ki, iqtisadi səbəblərə görə bu tarixdən sonra müəyyən şərtlər yerinə yetirilsə, tədbirlərin mərhələli şəkildə qaldırılmasına baxıla bilər.

Ölkədə isə iqtisadi cəhətdən tənəzzül yaşanır. Çünki hökumət İsveçrə iqtisadiyyatının tarixində heç zaman yaşamadığı bir geriləmə ilə üzləşdiyini bildirir. Bu il iqtisadiyyatın koronavirus səbəbiylə 10.4 faiz azalacağı təxmin edilir. Bu geriləmənin sadəcə, 1,5 bal daha yüksək olması ilə ölkədə bir çox şirkətin müflisləşməsi və kütləvi işsizlik olacağı istisna deyil.

İsveçrənin səhiyyə naziri bu günə qədər ölkədə 22 min 789 şəxsin koronavirusa yoluxduğunu, onlardan 705 nəfərin öldüyünü açıqlayıb.