Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib

9 Aprel 2020 11:17 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri E. Rüstəmovun səlahiyyət müddəti bu il aprel ayının əvvəlində bitib.