Almaz Ələsgərlinin yeni doğulan nəvəsinin FOTOLARI

9 Aprel 2020 11:45 (UTC+04:00)

Əməkdar artist Almaz Ələsgərlinin qızı Mədinə yeni doğulan övladının fotolarını sosial şəbəkədə paylaşıb.
SİA-nın məlumatına görə, o, oğluna Səid adını verib.

Qeyd edək ki, müğənni bir neçə gün əvvəl ikinci dəfə nənə olduğunu açıqlayıb. A.Ələgərlinin qızı İsveçrədə yaşayır. Onun Melisa adlı bir qız övladı da var.