Axtaran tapar, öyrənən bilər!

9 Aprel 2020 13:45 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki kitabxanalar tərəfindən əyləncəli krossvordlar tərtib olunaraq istifadəçilərin ixtiyarına verilib. İdarədən SİA-ya bildirilib ki, krossvordlar karantin günlərində, əhalinin bütün təbəqələrinin evdə olduğu bir vaxtda oxucu və izləyicilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə tərtib olunub.