BMT-nin koronavirusa yoluxan əməkdaşlarının sayı 175-ə çatıb

9 Aprel 2020 04:13 (UTC+04:00)

BMT-nin koronavirusa yoluxan əməkdaşlarının sayı 175-ə çatıb, iki nəfər ölüb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı bildirib.

“Dünən gecəyə olan məlumata görə, dünyada BMT işçiləri arasında təsdiqlənmiş 175 yoluxma halı var. Onlardan 32-si ABŞ-da, 19-u BMT katibliyindədir. İki ölüm faktımız da var”, - Düjarrik belə deyib.