ABŞ-da koronavirusdan sutkalıq ölüm faktı ikinci dəfə əvvəllki "rekord"u qırıb

9 Aprel 2020 05:37 (UTC+04:00)

ABŞ-da artıq ikinci sutkadır ki, yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində rekord sayda ölüm faktı qeydə alınıb. 8 aprel tarixinə olan məlumata görə, son bir gündə ölkədə 1973 nəfər həyatını itirib.

SİA xəbər verir ki, bu barədə federal və ştatlardan əldə olunmuş məlumatlar əsasında hesabat aparan Cons Hopkins Universitetinin açıqlamasında qeyd olunur.

Hazırda ABŞ-da ümumilikdə 430 376 virusa yoluxma halı qeydə alınıb. 14 739 nəfər ölüb, 23 707 nəfər isə sağalıb.

Bundan əvvəlki antirekord – bir sutkada 1,7 min nəfərdən çox ölüm – aprelin 7-də qeydə alınmışdı.