"İran və Venesuelaya humanitar yardım ABŞ-ın sanksiyalarına məruz qalmır" - Pompeo

9 Aprel 2020 01:50 (UTC+04:00)

İran və Venesuelaya humanitar yardım ABŞ-ın sanksiyalarına məruz qalmır, Vaşinqton bu dövlətlərə yardım təklif edib.

SİA xəbər verir ki, bu barədə Mayk Pompeo bir neçə nəşrə müsahibəsində deyib.

"Hər iki ölkə halında, xüsusən İrana dair, humanitar yardımın verilməsini əngəlləyən sanksiyalar yoxdur. ABŞ İran və Venesuelaya humanitar yardım təklif edib. Bu, Şimali Koreyaya da aiddir", - Pompeo bildirib.