Heydər Əliyev Mərkəzindən koronavirusdan əziyyət çəkən İtaliyaya həmrəylik nümayişi

8 Aprel 2020 23:44 (UTC+04:00)

Azərbaycanın koronavirus (COVID-19) xəstəliyinin geniş yayıldığı ölkələrlə həmrəylik ifadəsi olaraq aprelin 8-də Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliya Respublikasının bayrağı videoproyeksiya olunub.

SİA xəbər verir ki, bayraq təsvirini italyan musiqisi müşayiət edib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Videoproyeksiya ölkələrin adlarının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq həyata keçirilir. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.