Amerikalı senator Berni Sanders Prezident seçkilərindəki iştirakını dayandırıb

8 Aprel 2020 20:01 (UTC+04:00)

Amerikalı senator Berni Sanders seçkiqabağı marafonda iştirakını dayandırıb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun qərargahından bildirilib.

B. Sandersin prezidentliyə namizədliyi Demokrat Partiyasından tərəfindən irəli sürülüb.

Bundan sonra ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden Demokrat Partiyasından prezidentliyə vahid namizəd olub.