"65 yaşdan yuxarı tənha şəxslərə kömək üçün sosial işçilər var"

8 Aprel 2020 19:32 (UTC+04:00)

"65 yaşdan yuxarı tənha şəxslərə kömək üçün sosial işçilər var".

SİA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, bu şəxslər həm də 65 yaşdan yuxarı tənha şəxslərin pensiya almasında onlara yardımçı ola bilər: "Bu səbəbdən də bu məsələdə ajiotajın olacağını gözləmirəm", - deyə İ.Məmmədov bildirib.