"Daha sərt tədbirlər üçün müraciət edəcəyik” Operativ Qərargah

8 Aprel 2020 17:48 (UTC+04:00)

"Təəssüf ki, karantin rejimini pozan vətəndaşlarımız çoxdur, bu da riskləri artırır". SİA xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı deyib ki, təmas nə qədər çoxdursa, yoluxma da o qədər artır: "Simptomlu hallar yoluxmaya səbəb olur. Əgər vətəndaşlarımız karantin rejiminə düzgün əməl etməsələr, daha sərt tədbirlərin görülməsi üçün Operativ Qərargaha, hökumətə müraciət etmək məcburiyyətində qalacağıq. Biz iki-üç həftə səbr etsək, normal həyatımıza qayıda biləcəyik".