Koronavirusdan qorunmaq üçün hansı təbii vasitələrdən istifadə etməliyik? HƏKİM MƏSLƏHƏTİ_ÖZƏL

8 Aprel 2020 15:12 (UTC+04:00)

“Koronavirusdan qorunmaq üçün təbii vasitələrdən istifadə etməliyik. Belə ki, bu müddət ərzindən ən çox sarımsaq, limon, zəncəfil, sarıkökdan istifadə edilməsi tövsiyə olunur”. Bunu SİA-ya açıqlamasında ankoloq, pulmonoloq İbrahim Əsədli deyib.

Hazırda koronavirus infeksiyasının geniş yayıldığı bir dövrdə insanların immun sisteminin güclü saxlanılmasının vacibliyini qeyd edən həkim imunitetin güclü saxlanması üçün bir necə tövsiyələr verib.

O bildirib ki, limonu doğrayıb buz dolabına qoyub, bir müddətdən sonra onu çıxarıb sürtgəcdən keçirmək və ya isidib yemək çox faydalıdır.

Həkimin sözlərinə görə, immun sistemini yüksək saxlayan təbii vasitələrdən biri zəncəfildir ki, ondan çay kimi dəmləyib istifadə etmək: “Bu günlərdə istifadəsi məsləhət görülən təbii vasitələr arasında sarıköküdur ki, səhər tezdən 1 çay qaşığı sarıkökü götürüb onu qarazirə və ya kətan yağı ilə qatıb üzərinə də üyüdülmüş toz istiot əlavə etmək virusa qarşı ən yaxşı mübarizə üsullarındandır”.

İ.Əsədli qeyd edib ki, sarımsağı doğrayıb çeynəməmək şərtilə həb kimi udmaq daha məsləhtlidir: “Bunu edərkən 1stəkan xiyar şiaəsi və ya qatıqdan da istifadə etmək olar. Əgər kimlərisə sarımsağın qoxusu ilə bağlı məsələ narahat edirsə, belə şəxslər qəti şəkildə narahatlıq keçirməməlidirlər. Çünki sarımsaqdan bütöv şəkildə istifadə edərkən onun qoxusu olmur. Sarımsağı çeynəmədikdə o mədədə qalmır bağırsağa gedir və orada həzm olunduğu üçün qoxu ifraz edilmir”.

Mütəxəssis qeyd edib ki, yuxarı tənəffüs yolları xəstəlikləri zamanı səhər yeməkdən öncə quru stəkana yarım çay qaşığı qida sodası əlavə edib onu isti su ilə söndürmək, üzərinə 1 yemək qaşığı doşab və bir çay qaşığı biyan kökünün siropunu əlavə edib istifadə etməklə həm qaraciyərinizi qorumuş, limfa sisteminizi təmizləmiş, həm də ümumilikdə koronavirusdan qorunmuş olursunuz.