DMX-nın Çağrı Mərkəzinə 22320 zəng daxil olub

8 Aprel 2020 15:08 (UTC+04:00)

Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 Çağrı Mərkəzinə 22320 zəng daxil olub. DMX-dən SİA-ya verilən məlumata görə, koronavirus infeksiyasının yayılması nəticəsində ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq, Dövlət Miqrasiya Xidmətinin 24 saat fasiləsiz fəaliyyət göstərən 919 Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib.

Göstərilən xidmətin daha da təkmilləşdirilməsi, xətdə gözləmə vaxtının minimuma endirilməsi məqsədilə funksional imkanları artırılıb.

Cari ilin mart ayı ərzində 919 Çağrı Mərkəzinə 22320 zəng daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisə də 2,5 dəfə çoxdur. Zənglərdən 19851-ı Azərbaycan, 2106-sı rus, 363-ü isə ingilis dilində cavablandırılıb.

Zənglərin 4004-i olduğu yer üzrə qeydiyyat (ötən ilin mart ayında 734 zəng), 6021-i müvəqqəti olma müddətinin uzadılması (ötən ilin mart ayında 72 zəng), 6111-u müvəqqəti yaşama icazəsi (ötən ilin mart ayında 2568 zəng), 788-i daimi yaşama icazəsi (ötən ilin mart ayında 435 zəng), 221-ü iş icazələri (ötən ilin mart ayında 357 zəng), 505-i vətəndaşlıq məsələləri (ötən ilin mart ayında 907 zəng), 4670-sı digər məsələlər (ötən ilin mart ayında 2060 zəng) ilə bağlı olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə zənglərin sayında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı 84 dəfə artım, vətəndaşlıq məsələləri ilə bağlı isə 2 dəfə azalma olub. Mövcud vəziyyətdə zənglərdə artım əsasən əcnəbilərə elektron xidmətlərin göstərilməsi, xüsusən 30 aprel tarixinədək ölkədə olma müddəti bitən əcnəbilərin müddətlərinin Dövlət Miqrasiya Xidməti tərəfindən uzadılması proseduru ilə əlaqədar olub.

Qeyd edək ki, Çağrı Mərkəzi tərəfindən müraciətlər dərhal və ya araşdırıldıqdan sonra cavablandırır, məlumatlandırma və məsləhət xidməti göstərilir, şikayətlərin (məlumatların, təkliflərin) qəbulu və yönəldilməsi də həyata keçirir.

Hazırda, Çağrı Mərkəzinin iş yükü nəzərə alınmaqla müəyyənləşdirilmiş hədəflərə nail olmaq üçün işçi qüvvəsi, proqram təminatı və texniki imkanlarının artırılması, ümumilikdə fəaliyyətinin günün tələblərinə uyğun qurulması istiqamətində işlər davam etdirilir.