Onlayn videotəlimlərə başlanılır

8 Aprel 2020 15:03 (UTC+04:00)

“Kreativ Azərbaycan” portalı mədəniyyət sahəsində çalışan əməkdaşlar, eləcə də özəl sektor nümayəndələri, ayrı-ayrı yaradıcı şəxslərin vacib mövzular üzrə bilik və bacarıqlarının artırılması məqsədilə onlayn videotəlimlər proqramına başlayır. SİA-nın məlumatına görə, mövzular üzrə videotəlim mühazirələri creative.az portalında xüsusi bölmədə, eləcə də portalın “Facebook” səhifəsində yerləşdiriləcək. Təlim iştirakçıları mövzular üzrə mühazirələrə dair qeydlər bölməsində suallar ünvanlaya, onlara cavablar ala biləcəklər.

Qrafik dizayn, layihə idarəetməsi, marketinq, PR və digər mövzulara dair keçiriləcək təlimlər moduldan asılı olaraq müxtəlif müddəti əhatə edəcək.