Əziz Cavanpur: “Ermənistan strateji cəhətdən itirəcək” REALLIQ

8 Aprel 2020 14:58 (UTC+04:00)

Artıq İranın rəsmiləri və tanınmış ictimai-siyasi xadimləri, politoloqları da belə qənaətə gəlməkdədirlər ki, əgər Ermənistan İsraillə diplomatik əlaqələr baxımından səfirlik açmaq niyyətini davam etdirərsə, bu qərar ermənilərə heç də yaxşı proqnozlar vəd etmir. SİA xarici mətbuata istinadən xəbər verir ki, İran İslam Respublikasının Azad iniversitetinin rəhbəri Əziz Cavanpura görə, Ermənistan bundan heç bir xeyir qazana bilməyəcək.

“Ermənistanın İsraillə münasibətlərindən heç bir nəzərəçarpan qazancı olmayacaq. Ancaq Ermənistanın itiricəyi bir şey var ki, o da strateji xarakter daşıyır”, deyən Cavanpur işarə edib ki, həmin strateji itki İranla olan münasibətlərin pozulmasıdır.