Avtomobildən 7300 ABŞ dolları pul oğurladılar

8 Aprel 2020 14:26 (UTC+04:00)

Yasamal rayonu ərazisində avtomobildən pul oğurlamaqda şübhəli bilinən A.Mehrəliyev və K.Qurbanov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 6-da rayon ərazisində “BMW” markalı avtomobildən 7300 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Mehrəliyev və K.Qurbanov saxlanılıblar.