Silsilə oğurluq edən şəxs tutuldu

8 Aprel 2020 13:05 (UTC+04:00)

Soyğunçuluq etdiyinə görə tutulmuş V.Hüseynovun Binəqədi rayonu ərazisindəki apteklərin birindən pul oğurlaması da müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, soyğunçuluq etdiyinə görə tutulmuş V.Hüseynovun ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 14-də rayon ərazisindəki apteklərin birindən 862 manat oğurlaması da müəyyən edilib.