Avtomobil ağaca çırpıldı, ölən var

8 Aprel 2020 12:48 (UTC+04:00)

Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 8-də saat 2 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Bakı şəhər sakini Vüqar Tağıyev idarə etdiyi “Peugeot” markalı avtomobili yolun kənarındakı ağaca vurmuş və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.