ƏƏSMN-in İctimai şurasının keçirilməsi təxirə salınıb

8 Aprel 2020 12:25 (UTC+04:00)

Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərindən biri də kütləvi tədbirlərin təxirə salınmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) SİA-ya bildirilib ki, bununla əlaqədar nazirlik yanında İctimai şuranın yeni tərkibinin müəyyən edilməsi məqsədilə şuraya üzvlərin seçilməsi üçün 17 aprel 2020-ci il tarixində nəzərdə tutulan birgə yığıncağın keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb.

Birgə yığıncağın tarixi və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək.