Ermənistanda koronavirusa yoluxanlardan 9 nəfər ölüb

8 Aprel 2020 11:20 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 881 nəfərə yüksəlib. SİA-nın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşiyan ölkədə daha bir nəfərin koronavirusdan öldüyünü deyib.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 9 nəfərə çatıb.

Ötən gün Ermənistanda 853 nəfərin koronavirusa yoluxması barədə məlumat verilmişdi.