Könül: "Ay camaat, yalnız burnumu əməliyyat etdirmişəm" VİDEO

8 Aprel 2020 15:15 (UTC+04:00)

Əməkdar artist Könül Kərimova aparıcı Zaur Kamalın verilişində qonaq olub. SİA-nın məlumatına görə, o, aparıcının "Təbii yoxsa estetik görünüş?" sualına belə cavab verib: "Ay camaat, üzümdə yalnız burnum əməliyyat olunub. 3 dəfə burnuma həkimlər tərəfindən müdaxilə olunub. Bunu da heç vaxt gizlətmirəm. Son 2 ildə üz cizgilərimin dəyişməsinə səbəb də burnumu əməliyyat etdirməyimlə bağlıdır. Çünki burunun üzdə çox böyük rolu var".