Çində həyat normala döndü karantin ləğv edildi

8 Aprel 2020 09:57 (UTC+04:00)

Yeni növ koronavirusun infeksiyasının meydana gəldiyi Çinin Hubei əyalətinin Wuhan şəhərində COVİD-19-la bağlı elan edilən karantin rejiminə son qoyulub. SİA-nın xəbərinə görə, 76 gündür ki, ciddi karantin rejimi elan edilən şəhərdə insanlar artıq icazə almadan çölə çıxacaqlar.

11 milyon əhalisi olan Wuhan şəhərində müəyyən məhdudiyyətlər aradan qaldırılsa da, hələlik məktəblərin fəaliyyəti ilə bağlı qərara verilməyib. Bununla bağlı qərarın sonra veriləcəyi bildirilir.

Karantin rejiminin bitməsi ilə bağlı şəhərdə həyat əvvəlki vəziyyətinə dönüb.

Çinin Milli Səhiyə Komissiyasının açıqladığı məlumata görə, yanvar ayından indiyədək Çində COVİD-19 virusuna görə ölüm hadisəsi qeydə alınmayıb.