Almaz Ələsgərli yenidən nənə oldu

8 Aprel 2020 11:21 (UTC+04:00)

Əməkdar artist Almaz Ələsgərli ikinci dəfə nənə olub. SİA-nın məlumatına görə, bu haqda ifaçı verilişlərin birində danışıb. O, bildirib ki, qızı Mədinənin oğlu dünyaya gəlib. Amma körpənin adı hələ qoyulmayıb.

Qeyd edək ki, Mədinənin Melisa adlı qız övladı da var. O, ikinci dəfə ailə qurub və İsveçrədə qalır. A.Ələsgərlinin iki qız övladı var.