Türkiyədə 1 gündə 76 nəfər öldü COVİD-19-a görə

8 Aprel 2020 09:35 (UTC+04:00)

Türkiyədə 1 gün ərzində koronavirusa yoluxan 76 nəfər dünyasını dəyişib və ölkədə ölənlərin sayı 725-ə çatıb. SİA-nın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Hoca məlumat verib.

O bildirib ki, ümumilikdə ölkə üzrə yoluxanların sayı 34 min 109 nəfərə çatıb. Son gün ərzində 4 min insan yeni növ koronavirusa yoluxub.

Xatırladaq ki, Ümümdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusu dünyada pandemiya elan edib. Dünyada virusagörə ölənlərin sayı 82 min, yoluxanların sayı isə 1.5 milyona yaxınlaşır.