Moldovada koronavirusdan ölənlərin sayı 22 nəfərə çatıb

8 Aprel 2020 02:46 (UTC+04:00)

Moldovada son sutkada 91 nəfər koronavirusa yoluxub, 1 nəfər dünyasını dəyişib.

SİA Moldova Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölən 54 yaşlı qadın olub. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 22 nəfərə çatıb.

Moldovada koronavirusa yoluxanlar 1056 nəfərdir. Yoluxma faktı ən çox Kişineudadır. Müalicə alaraq evə buraxılan pasiyentlərin sayı isə 27 nəfərdir.