Pərviz “Survivor”dan getdi

8 Aprel 2020 09:17 (UTC+04:00)

TV8 telekanalında yayımlanan "Survivor" yarışmasında vida gecəsi baş tutub. SİA-nın məlumatına görə, səsvermə nəticəsində adı çəkilən azərbaycanlı kikboksçu Pərviz Abdullayev 6-cı yerdə qərarlaşaraq yarışmadan uzaqlaşdırılıb.

Qeyd edək ki, vida gecəsində ən çox səsi Aycan Yanaç və Ezgi Hocaoğlu yığıb.