İsraildə koronavirusa yoluxanların sayı 9248 nəfərə çatıb

8 Aprel 2020 03:50 (UTC+04:00)

Çərşənbə axşamı İsraildə koronavirusa yoluxanların sayı 9248 nəfərə çatıb. Yoluxanlardan 65 nəfər ölüb, 770 nəfər isə sağalıb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, vəziyyəti ağır olan xəstələrin sayı çərşənbə axşamı 149-a çatıb. 117 xəstə süni tənəffüs cihazlarına qoşulub.

Artıq İsraildə yaşayış məntəqələri polis və hərbçilər tərəfindən nəzarətə götürülüb. Çərşənbə günü səhər saat 6-dan cümə axşamı səhərədək vətəndaşlara evlərini tərk etmək qadağan edilib.