"Twitter" şirkətinin baş direktoru Cek Dorsi yeni növ koronavirusla (COVİD-19) mübarizəyə 1 milyard dollar ayırıb.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə C.Dorsi öz "Twitter" səhifəsində yazıb.
Baş direktor deyib: "Mən "Square" şirkətindəki hissəmdən 1 milyard dollar "Start Small" fonduna COVİD-19 ilə qlobal mübarizə üçün ianə edəcəyəm. Bu, mənim sərvətimin təxminən 28 faizidir".
Qeyd edək ki, Con Hokins Universitetinin məlumatına əsasən, aprelin 7-si saat 23:30 üçün dünyada 1 412 103 nəfər koronavirusa yoluxub, 81 103 nəfər dünyasını dəyişib