Tramp növbəti həftənin ABŞ üçün ağır keçəcəyini bildirib

8 Aprel 2020 06:27 (UTC+04:00)

Növbəti həftə ABŞ üçün ağır olacaq, lakin koronavirusun yayılmasına dair vəziyyət tədricən yaxşılaşmağa başlayacaq.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinq zamanı deyib.

D.Tramp bildirib: "Növbəti həftə ərzində - və mən ümid edirəm ki, bu, daha çox zaman almayacaq, - vəziyyət əks istiqamətdə inkişaf etməyə başlayacaq. Bu həftə çox ağır olacaq. Həmçinin növbəti həftə, ən azı növbəti həftənin bir hissəsi - yəqin ki, bütün həftə ağır olacaq. Bilirsiniz, əgər bir insan ölürsə, bu artıq ağrılı həftədir".

Qeyd edək ki, Con Hokins Universitetinin məlumatına əsasən, ABŞ-da yeni növ koronavirusa 386 mindən artıq insan yoluxub, 12 mindən artıq isə vəfat edib.