"Dünyada koronavirus pandemiyasının sonunu təxmin etmək hələ tezdir" - ÜST-nin Rusiyadakı nümayəndəsi

8 Aprel 2020 05:52 (UTC+04:00)
Dünyada koronavirus pandemiyasının sonunu təxmin etmək hələ tezdir, iki həftədən sonra bu mövzu barədə danışmaq mümkün olacaq" SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Dünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç "Rossiya-1" telekanalında COVİD-19-un nə vaxt bitəcəyinə dair sualı cavablandırarkən deyib. O bildirib ki, hazırda müxtəlif ölkələrdə xəstəliyin aradan qaldırılması məqsədilə analizlər və modelləşdirmə işləri aparılır: "Xəstəliyin yükünün azaldılması üçün mümkün vasitələrdən istifadə etməliyik. Hər şey görülən tədbirlərdən və virusun əhalidən necə keçməsindən asılı olacaq. Bəlkə də bu barədə iki həftədən sonra danışmaq mümkün olacaq". Koronavirus əleyhinə dərmana gəldikdə, ÜST nümayəndəsi qeyd edib ki, hazırda klinik araşdırmalar aparılır: "Bu günədək koronavirus infeksiyasına qarşı 20 namizəd peyvənd hazırlanıb. Onların klinik araşdırması davam edir".