ABŞ-da sutkada koronavirusdan ölənlərin sayı anti-rekord

8 Aprel 2020 08:48 (UTC+04:00)

ABŞ-da son bir gündə yeni bir koronavirus infeksiyası nəticəsində ölənlərin sayı kəskin artıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Johns Hopkins" Universitetinin məlumatına görə, bu dövr müddətində 1736 nəfər ölüb və bu ABŞ-dakı epidemiyadan bu vaxtadək ən yüksək göstəricidir.

Bundan əvvəl, bir gündə anti-rekord 1344 nəfərin öldüyü tarixə, yəni 4 aprel tarixində qoyulmuşdu.
Xatırladaq ki, ABŞ-da bütün dövr ərzində 12,7 min insan koronavirus xəstəliyindən ölüb və ən çox ölüm hadisəsi 4009 adamın öldüyü Nyu Yorkda müşahidə edilib. Ümumilikdə ölkədə 400 min nəfərdən bir qədər az insan xəstələnib və cəmi 22 min nəfər sağalmağı bacarıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trump Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiya ilə mübarizədəki hərəkətlərini kəskin tənqid edib.