Qazaxıstan OPEC+ ölkələri nazirlərinin videokonfransında iştirak edəcək

8 Aprel 2020 00:48 (UTC+04:00)

Qazaxıstan OPEC+ ölkələri nazirlərinin aprelin 9-da keçiriləcək videokonfransında iştirak edəcək.

SİA xəbər verir ki, Qazaxıstan tərəfi danışıqlardan sonra müsbət nəticələr əldə edəcəyinə ümid bəsləyir. Qazaxıstan hər zaman OPEC+ sazişi çərçivəsində öhdəliklərini yerinə yetirməyə çalışır və konstruktiv dialoqa sadiqdir.

Görüşdə qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı neft bazarında arzu olunan tarazlığı bərpa etmək və ədalətli razılığa gəlmək üçün OPEC+ və digər dövlətlərin təcili fövqəladə iclasını çağırıb.