Braziliya millisinin sabiq futbolçusu Ronaldonyo Paraqvayda saxlanıldığı həbsxananı tərk edib.
SİA xəbər verir ki, həbsxanada 1 ay qalan futbol əfsanəsi hazırda Asunson şəhərinin otellərindən birində ev dustaqlığındadır.
Ronaldonyo və qardaşı Roberto de Assis Moreyra Paraqvaya saxta sənədlərlə daxil olduğu üçün həbs edilib. Martın 5-də baş prokuror onun həbsinə qərar verib.