Dünyada yeni tip koronavirusdan ölənlərin sayı 80 mini ötüb

7 Aprel 2020 23:47 (UTC+04:00)

Dünyada yeni tip koronavirusdan ölənlərin sayı 80 mini ötüb.

SİA "Worldmeters"ə istinadən xəbər verir ki, virusa yoluxanların sayı isə 1 milyon 400 mindən çox olub.

Virusa yoluxma sayına görə, ilk yerdə ABŞ, sonrakı sıralarda İspaniya və İtaliyadır.

Qeyd edək ki, dünyada koronavirusdan sağalanların sayı 300 mindən çoxdur.